Tanınmış kriminal avtoritet İqor Suşkov koloniyadakı əməllərinə görə, yenidən məhkəmə qarşısına çıxarıldı.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Suşa” ləqəbi 57 yaşlı, ukraynalı kriminal avtoritet İqor Suşkova qarşı artıq üçüncü ittiham aktı göndərilib. Onu əsasən Çerkası vilayətinin Uman rayonunda cinayət aləminə “nəzarətçi” olmaqda ittiham edirlər.
Məlumata görə, avtoritet Starobabanov islah koloniyasında böyük nüfuza sahibdir. Məhkumlar rəsmilərdən çox onun əmrlərinə tabe olurlar. Hətta buna görə, məhbuslar cəzaçəkmə müəssisəsinin rəisinə üsyan edib, “Suşa”ya tabe olduqlarının bildiriblər. Bu əməllər isə Ukrayna Cinayət Məcəlləsinin 255-1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Ona qarşı “islah koloniyasında cəza çəkən məhkumların fəaliyyətinə qanunsuz nəzarət həyata keçirmək” ittihamı irəli sürülüb. Qeyd edək ki, o, bu ittihamla artıq 3 dəfə hakim qarşısına çıxıb.
Onu da qeyd edək ki, “Suşa” onu təngə gətirən hakimin qəsdən öldürülməsinə hazırlıqla bağlı da ittiham olunub. Cinayətkar aləmdə isə bunun doğru olmadığını qeyd edirlər. Hakimiyyət orqanları isə iddia edir ki, avtoritet rəsmi şəkildə vilayət rayon məhkəməsi hakiminin peşə fəaliyyətinə əsasən öldürməyə cəhd edib.
Bundan başqa, “Suşa”nı hədə qorxu ilə 40 min ABŞ dolları almaqda da ittiham edirlər.