Noyabrın 26-sı saat 1 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 40 yaşlı Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla 24 yaşlı İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.