Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.
Lent.az İnterpol-un saytına istinadla bildirir ki, 43 yaşlı Yusif Əliyev barəsində İnterpol vasitəsilə beynəlxalq axtarış elan olunub. O, külli miqdarda əmlakı mənimsəməkdə və sağlamlığa ağır zərər vurmaqla soyğunçuluq törətməkdə ittiham olunur.
Onun saxlanılması üçün "qırmızı bülleten"lə beynəlxalq axtarış elan edilib.