Kişi qızının sevgilisinin boğazını kəsdi
04 sentyabr 2023 17:55 (UTC +04:00)

Kişi qızının sevgilisinin boğazını kəsdi

Türkiyədə qətl hadisəsi baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qətl Adana avtovağzalında qeydə alınıb.

Kişi qızı ilə münasibətdə olduğu deyilən gənc oğlanı vurduqdan sonra onun boğazına bıçaqla xəsarət yetirib. Ağır yaralanan gəncə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Oğlanı namus üstündə bıçaqladığını iddia edən 55 yaşlı kişi nəzarətə alınaraq polis bölməsinə aparılıb.

Fakt araşdırılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar