Lənkəran sakini narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Babayev 1,30 qram heroini satarkən saxlanılıb.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 130 qram heroin aşkar edilərək götürülüb.