Kafedə KÜTLƏVİ DAVA:  3 nəfər bıçaqlandı
05 noyabr 2022 11:07 (UTC +04:00)

Kafedə KÜTLƏVİ DAVA: 3 nəfər bıçaqlandı

Göyçayda kafedə bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Göyçay rayon Polis Şöbəsinə noyabrın 5-də saat 2 radələrində Cəyirli kəndi ərazisində yerləşən kafedə 3 nəfərə kəsilmiş-çapılmış xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Araşdırmalarla məlum olub ki, həmin vaxt kafedə rayon sakinləri Elşad Mirzəliyev, Kürdəmiş kənd sakini Zamiq Həsənov və əvvəllər məhkum olunmuş Toğrul Bayramov münaqişə zəminində Kürdşaban kənd sakini Pərvin Hüseynova bıçaqla çoxsaylı xəsarət yetiriblər. Onları aralaşdıran Kürdəmiş kənd sakini Aqil Yusifov və Kürdşaban kənd sakini Seymur Rəhimov kəsilmiş-çapılmış xəsarətlər alıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar.

Xəstəxanaya yerləşdirilən P.Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

# 3165
avatar

Oxşar yazılar