Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinın mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qazax rayon sakini, 36 yaşlı Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kiloqram 300 qram marixuana, 100 qram tiryək və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli “metadon-40” həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.