Qubadlının sabiq icra başçısı xaricdə saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb. E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.
Oktyabrın 2-də o, Polşada saxlanılıb.
Hazırda E.Nuriyevin Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.
Elxan Nuriyev