Lənkəranda qətl törədən şəxs cinayət başında saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev saxlanılıb. O, keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulub. Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülüb.
Qeyd edək ki, bir neç əgün əvvəl S.Şiriyevin qohumlarını öldürməsi barədə məlumat vermişdik.