Mingəçevirdə iki nəfəri odlu silahla hədələyən saxlanılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Mingəçevir şəhər Polis Şöbəsinə dekabrın 4-də bir nəfərin Yevlax rayon sakini E.Poladovu və Tərtər rayon sakini E.Vəliyevi silahla hədələməsi barədə məlumat daxil olub. Həmin şəxsin Mingəçevir şəhər sakini M.Nuriyev olması müəyyənləşib və saxlanılıb.
İdarə etdiyi “NAZ-Lifan” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olan “Dərya MK-12” markalı ov tüfəngi götürülüb.