Türkiyədə hamilə qadın odlu silahdan açılan atəş nəticəsində ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Şanlıurfanın Akçakale qəsəbəsində baş verib. Qonşularının evindən atəş səsi eşidən bina sakinləri polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım əməkdaşları 5 aylıq hamilə olan 24 yaşlı Fidda Uzunun odlu silahdan açılan atəş nəticəsində öldüyünü müəyyən ediblər.
Faktla bağlı qadının əri 24 yaşlı Ahmet Uzun saxlanılıb. O, ifadəsində ov tüfəngini təmizləyib yerinə qoyarkən ehtiyatsızlıqdan atəş açıldığını və nəticədə arvadının öldüyünü bildirib.
Hazırda araşdırma aparılır.