Gəncədə məktəbli qız üstündə  öldürüldü  - FOTO  - YENİLƏNİB
23 yanvar 2024 11:32 (UTC +04:00)

Gəncədə məktəbli qız üstündə öldürüldü - FOTO - YENİLƏNİB

Gəncədə məktəblinin qətlinin ilkin səbəbləri məlum olub. 

Lent.az xəbər verir ki, ilkin ehtimala görə hadisə qız üstündə baş verib. 

Hadisəsin dəqiq təfərrüatları istintaq zamanı məlum olacaq. 

***

saat 11:15

Gəncədə məktəblini öldürən tutulub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 10:51

Xəbərə öldürülən şagirdin fotoları əlavə edilib.

***

saat 10:09

Yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb.

Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

***
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Qeyd edilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, ölüb.

"Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11877
avatar

Oxşar yazılar