Rusiyanın Sverdlovsk vilayətinin Karpins şəhər sakini Sergey Aserxlitsın 15 il azadlıqdan məhrum edilib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, o, dostu Sergey Zapeçni ilə birgə gənc oğlanı oğurlayaraq meşəyə aparıb. Orada onu amansızca döyərək qətlə yetiriblər. Daha sonra isə onu quyuda basdırıblar.
İstintaq qətlin şok səbəbini müəyyən edib. Sən demə, qətlə yetirilən Sergey Aserxlitsına vur-tut 500 rubl (təxminən 11 manat) borclu imiş.