Perm diyarında bir kişi, bir qadın və dörd yaşlı uşaq öldürülüb.
Lent.az bildirir ki, Rusiya İstintaq Komitəsinin regional İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Osa şəhərində qeydə alınıb.
Mənzillərin birində bıçaq xəsarətləri olan 30 yaşlı kişi, onun həyat yoldaşı və uşağının meyitləri aşkar edilib. Yerli sakinlər sosial şəbəkələrdə uşağın dörd yaşında olduğunu yazıblar.
İstintaqçılar müəyyən ediblər ki, cinayəti törətdikdən sonra mənzil sahibi 25 yaşlı kişi intihar edib.