Abşeronda kişi hamam otağında ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Saray qəsəbəsi, Təzə məhəllə adalanan ərazidə qeydə alınıb. Azərbaycanda müvəqqəti yaşayış icazəsi olan Filippin vətəndaşı 71 yaşlı Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək, ölüb. Onun meyiti arvadı Tongol Çimnaz Tağı qızı tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.