Rusiya hüquq-mühafizə orqanları daha bir azərbaycanlını beynəlxalq axtarışa verib.
Lent.az-ın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Azərbaycanın Xaçmaz rayonunun Xudat şəhərindən olan, 30 yaşlı Fərman Diquşov terror təşkilatının tərkibində və qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.