2020-ci il aprelin 20-dən bu il iyunun 1-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətdən 2 ton 328 litr süd və 636 litr kompot oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini E.Məmmədov saxlanılıb.