DƏHŞƏT  - Arvadını əlləri ilə boğaraq öldürdü  
26 iyul 2021 09:03 (UTC +04:00)

DƏHŞƏT - Arvadını əlləri ilə boğaraq öldürdü  

İyulun 25-i saat 05 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

          Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2915

Oxşar yazılar