Daha bir rayonda "patı" satanlar TUTULDU
14 yanvar 2022 18:44 (UTC +04:00)

Daha bir rayonda "patı" satanlar TUTULDU

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Elşən Hüseynli və Hüseyn Rzayev saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin (patı) aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1944
avatar

Mehman Nəbiyev

Oxşar yazılar