Bu rayonda silsilə ƏMƏLİYYATLAR:  8 nəfər saxlanıldı - FOTO
19 noyabr 2022 11:59 (UTC +04:00)

Bu rayonda silsilə ƏMƏLİYYATLAR: 8 nəfər saxlanıldı - FOTO

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsi və quldurluq əməllərinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum edilmiş İsmayıl Həmidov saxlanılıb. Onun üzərinə şəxsi baxış zamanı polietilen bükümlərdə qablaşdırılmış təmiz çəkisi 2 kiloqram 235 qram olan heroin və təmiz çəkisi 540 qram olan marixuana aşkar edilərək götürülüb. İ.Həmidovun əlbir olduğu şəxs və ya şəxslərin yerinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin şöbə əməkdaşlarının keçirdikləri ardıcıl tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər də saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində ümumilikdə 4 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa rayon ərazisində qadına qarşı quldurluq əməli törədən 1 nəfər də tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edilən faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

# 3636
avatar

Oxşar yazılar