Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Gözəllik salonunda işləyən arvadını öldürən Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Lent.az xəbər verir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Həsənova prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatətini belə İzah edib ki, mərhum bacısı qızı, təqsirləndirilən şəxs isə qardaşı oğludur. Qısa müşavirədən sonra hakim bildirib ki, vəsatət əssasız olduğundan təmin olunmayıb.
Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, avqustun 15-də Bəxtiyar Vəliyev həyat yoldaşı Xumar Həsənlinin mobil telefonunda onun tanımadığı şəxslə birlikdə olan şəklini görüb. Arvadını qətlə yetirmək məqsədi ilə ayın 16-ı saat 23:30-da Zabrat qəsəbəsində yerləşən «Rahat market»dən mətbəx bıçağı alıb. Övladları ilə birgə idarə etdiyi «Nissan» markalı avtomobillə arvadının işlədiyi gözəllik salonuna gələrək, onu götürüb. Birlikdə qayınanası Samirə Həsənovanın evinin qarşısına gəlib, uşaqlarını içəri yola salıblar. Maşında yoldaşının mobil telefonunu götürüb, yenidən onunla fotoşəkili və videogörüntüləri olan şəxsin kimliyini soruşduqda, Xumar Həsənli cavab verə bilməyib və avtomobildən enib. Bundan qəzəblənən Bəxtiyar Vəliyev də maşından çıxaraq, darvazanın qarşısında qadını saxlayıb. Döş qəfəsinə və bədəninin digər nahiyyələrinə ümumilikdə 11 dəfə bıçaq zərbəsi vurub. Aldığı xəsarətlərdən zərərçəkmiş Sabunçu Tibb Mərkəzində ölüb. Bu hərəkəri ilə, Vəliyev Həsənlini qəsdən həyatdan məhrum edib.
Bəxtiyar Vəliyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Məhkəmə prosesi 15 yanvar 2025-ci il tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, bu il avqustun 17-də Xumar Həsənlinin (1999-cu il təv.) aldığı bıçaq xəsarətlərindən 3 saylı şəhər klinik xəstəxanasında ölməsi barədə 12-ci polis şöbəsindən Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Həmin gecə cinayəti törədən mərhumun əri Bəxtiyar Vəliyev saxlanılaraq, istintaqa təhvil verilib.

Başqa kişi ilə şəkillərini tapdı, 11 bıçaq zərbəsi ilə öldürdü - MƏHKƏMƏDƏN VİDEO
Oxşar yazılar

"Qanuni oğru" və ona kömək edən polkovnik-leytenanta HÖKM OXUNDU
31 may 2025 , 19:00
Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan həbs edildi
31 may 2025 , 18:19
Vəhşicəsinə öldürülən 18 yaşlı qızın meyiti tapıldı
31 may 2025 , 17:35
Ailə birləşib 25 yaşlı qızlarını öldürdü - ŞOK TƏFƏRRÜAT
31 may 2025 , 16:42
50 yaşlı kişi öldürüldü, arvadı və 2 oğlu tutuldu
31 may 2025 , 15:45
Azərbaycanda DƏHŞƏT: əsir kimi saxlayıb zorla işlətdi
31 may 2025 , 13:25
Kürdəmirdə DƏHŞƏT: qonşusunu öldürdü - VİDEO - YENİLƏNİB
31 may 2025 , 12:44