Dekabrın 14-də Xəzər rayonu, Binə qəsəbəsində “Mercedes” markalı bir avtomobilin sürücüsü xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyüb və idarə etdiyi “VAZ-2104” markalı avtomobili təpiklə əzib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, bu barədə Xəzər rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.