Bakıda soyğunçuluq:  qadının çantasında   5 minlik qızıl da olub
29 oktyabr 2021 21:15 (UTC +04:00)

Bakıda soyğunçuluq: qadının çantasında 5 minlik qızıl da olub

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Kaşiçkina oktyabrın 28-də saat 7 radələrində bir nəfərin onun içərisində 1220 manat pul, 5000 manat dəyərində qızıl-zinət əşyaları, mobil telefon və bank kartı olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsi, 29-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9213
avatar

Mehman Nəbiyev

Oxşar yazılar