Bakıda ŞOK OLAY:  ata 1 yaşlı oğlunu pəncərədən atdı
27 aprel 2022 11:40 (UTC +04:00)

Bakıda ŞOK OLAY: ata 1 yaşlı oğlunu pəncərədən atdı

Bakıda ata körpə oğluna xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimov 1 yaşlı oğlunu evin pəncərsindən həyətə tullayıb.

Nəticədə uşaq kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma -  xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5205
avatar

Mehman Nəbiyev

Oxşar yazılar