Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova məktəb direktoru olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub.
Hadisəni törədən ailənin böyük oğludur. O, ailəsini baltalayaraq öldürüb.
Bikə Əhmədova
Mehman Əhmədov
***
saat 16:58
Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.