Xəbər verdiyimiz kimi, Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Lent.az məlumatına görə, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətindəki söhbətgahda baş verib.
İlkin məlumata görə, məktəbli yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı məktəblilərdən biri digərinə bıçaqla şah damarından xəsarət yetirib.
Hadisə baş verən an yeniyetmələrin yanında təxminən 10-a yaxın başqa şəxs də olub. Əraziyə dərhal polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
22:36
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.
Araşdırmalar davam etdirilir.