Bakıda oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 28-də Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən MMC-yə məxsus 90220 manat dəyərində 675 metr naqili, 6 ədəd birləşdiricini və elektrik lövhəsinin hissələrini oğurlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri A.Həşimov, E.Vəliyev, N.Atayev və S.Hümmətov saxlanılıblar.