Bakıda quldurluq hadisəsi olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə yanvarın 17-də Biləcəri qəsəbəsi ərazisində baş verib. Naməlum şəxs Xırdalan şəhər sakini E.Qasımovu döyərək 3600 dollarını (təxminən 6120 manat) alıb.
Binəqədi rayon Polsi İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev müəyyən edilərək saxlanılıb.