Martın 30-da Nərimanov rayonu ərazisində paytaxt sakini olan bir qadının çantasından 210 manat və sənəd oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar B.Ağamalıyev və Ş.Rizvanov saxlanılıblar.
B.Ağamalıyevdən 1,520 qram, Ş.Rizvanovdan 1,590 qram heroin götürülüb.