Bakıda oğru bacılar tutuldular
11 may 2021 12:25 (UTC +04:00)

Bakıda oğru bacılar tutuldular

Bakıda oğurluq edən bacılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar D. Ağammədova və bacısı F. Ağammədova saxlanılıblar.

# 1944
avatar

Oxşar yazılar