Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 39 yaşlı paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb. Həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib.
S. Nəbiyev marixuananı sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Araşdırmaların gedişi zamanı saxlanılan şəxsin iranlı narkotacirlə əlaqələri, onun dediyi ünvanlarda narkotik vasitələri yerləşdirməyi sübuta yetirilib. S. Nəbiyev barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.