Bakıda evlərə qənim kəsilənlər tutuldu
03 may 2021 18:16 (UTC +04:00)

Bakıda evlərə qənim kəsilənlər tutuldu

Bakıda evlərdən oğurluq edənlər saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, müxtəlif vaxtlarda Xəzər rayonu ərazisindəki 5 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Muxtarov saxlanılıb.

Binəqədi rayonunda evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi  və Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini Ə.Ələkbərov müəyyən edilərək saxlanılıb.

Suraxanı rayonunda isə evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Mayılov saxlanılıb.

# 1410
avatar

Mehman Nəbiyev

Oxşar yazılar