Bakıda evdən külli miqdarda qızıl oğurlandı
26 sentyabr 2023 14:21 (UTC +04:00)

Bakıda evdən külli miqdarda qızıl oğurlandı

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 18-də Bakıxanov qəsəbəsindəki mənzillərin birindən 1500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Vəlixanov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Musayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2955
avatar

Oxşar yazılar