Bakıda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə iyulun 1-də 2 nəfərin Bakı şəhər sakini N.İsayevaya zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri S.Əliyev və arvadı müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.