Bakıda qətl hadisəsi olub.
Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 29-u saat 3 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 50 yaşlı Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 33 yaşlı Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam edir.