Bakıda daha 2 narkotik alverçisi saxlanıldı
07 aprel 2021 13:55 (UTC +04:00)

Bakıda daha 2 narkotik alverçisi saxlanıldı

Bakı sakinindən narkotik maddələr tapılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Musayev Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki təmir işləri ilə məşğul olduğu obyektə baxış zamanı oradan 1 kiloqram 372 qrama yaxın heroin, 1 kiloqram 220 qram marixuana, 22 qrama yaxın metamfetamin, 318 ədəd metadon, 177 ədəd metelin həbi və 2 ədəd elektron tərəzi götürülüb.

Həmçinin Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 120 qram marixuana və heroin aşkar edilərək götürülüb.

# 1230
avatar

Mehman Nəbiyev

Oxşar yazılar