Bakıda evə basqın zamanı yaralanan qadın ölüb.
Lent.az-ın məluamtına görə, Buzovna qəsəbəsində evə basqın edən şəxslərin yaraladığı 77 yaşlı Şahirə Muradova da dünyasını dəyişib.
Araşdırmalar davam edir.
Məlumat Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a təsdiqlənib.
Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edən şəxs və ya şəxslər - 83 yaşlı Elbrus Muradovu, oğlu Rahil Muradovu öldürüb, həyat yoldaşı, 77 yaşlı Şahirə Muradovanı və nəvəsi 25 yaşlı Elbrus Ağalarovu yaralayıblar.