Bakıda atanın 2 yaşlı oğlunu bıçaqlaması ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.
Lent.az-ın məlumatına görə, Saqi Kərimovun həyat yoldaşı Xeyrənsə Kərimova ilə aralarında mübahisə yaşanıb. Bu zaman hiddətlənən Saqi əvvəlcə 46 yaşlı qayınanası və 2 yaşlı oğlu İsmayıla bıçaq xəsarətləri yetirib.
Daha sonra o, özünün də boğazına bıçaqla vurub.
Hazırda faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.