Bakıda 3 nəfərin bank hesabındakı pulları oğurlandı
10 noyabr 2023 10:52 (UTC +04:00)

Bakıda 3 nəfərin bank hesabındakı pulları oğurlandı

Bakıda bank hesablarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 1482 manat pulu oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8244
avatar

Oxşar yazılar