Babanı parkda, nəvələrinin yanında öldürdü
07 iyun 2024 19:21 (UTC +04:00)

Babanı parkda, nəvələrinin yanında öldürdü

0

Rusiyanın Moskva şəhərinin Kuskovski parkının ərazisində qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 64 yaşlı Novogireevo rayon sakini könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək və o, istintaq hərəkətləri üçün paytaxt İstintaq Komitəsinin şöbəsinə aparılacaq.

Xatırladaq ki, Moskvada kişi iki nəvəsinin gözü qarşısında ürəyindən bıçaqla qətlə yetirilib. Hadisə iyunun 4-də axşam 3-cü Muzey küçəsi yaxınlığındakı parkda baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4959

Oxşar yazılar