Türkiyədə azərbaycanlı qadını bıçaqlayan kişiyə hökm oxunub.
Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə 2021-ci il martın 29-da Muğla vilayətində baş verib. Mustafa Comərt azərbaycanlı sevgilisi Nazifə Mustafayevanın dostu Selim Akyüzlə münasibəti olduğundan şübhələnib. Bundan sonra o, dostu Selimi görüşə çağırıb.
Aralarında yaranan mübahisə zamanı Selim bıçaqla Mustafaya və onları ayırmaq istəyən Nazifəyə çoxsaylı xəsarətlər yetirib. Mustafanın həyatını xilas etmək mümkün olmayıb. Nazifə isə xəstəxanada gördüyü müalicədən sonra evə buraxılıb.
Məhkəmədə keçirilən proses zamanı, Selim Akyüz Nazifə ilə arasında dini nikah olduğunu açıqlayıb.
Hakim S. Akyüzə ümumilikdə 27 il 9 ay həbs cəzası verib.