Arif Sumqaitski
25 sentyabr 2021 11:13 (UTC +04:00)

Arif Sumqaitski

Azərbaycanlı "qanuni oğru" saxlanıldı - Cibgirlik edirmiş

Türkiyənin İstanbul şəhərində "qanuni oğru" Arif Mehdiyev (Arif Sumqaitski) saxlanılıb.

Lent.az-ın məlumatına görə, o İstanbulun "Sabiha Gökçen" aeroportunda cibgirlik edərkən tutulub.

A.Mehdiyev polis şöbəsində dindirilib, izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Arif Sumqayitski Azərbaycanın “oğru dünyası”nın “generallarındandır”. O, 1961-ci ilin fevral ayının 25-də Göyçayda anadan olub. “Qanuni oğru” adını 1989-cu ildə alıb. Rusiyada cəmi 6 ay məntəqə tipli cəzaçəkmə müəssisəndə olub.

Məlumata görə, “qanuni oğru” adını Azərbaycanda alıb. Rusiyada həbs edilərkən məhkəmə prosesində özü haqda belə deyib:

“Mənim peşəm cibgirlikdir, belə də isə ”qanuni oğru"yam".

Xatırladaq ki, Sumqayitski sonuncu dəfə Ukraynanın Yevpotoriya şəhərində saxlanılmışdı və sonradan Türkiyəyə deportasiya edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7242
avatar

Oxşar yazılar