Azərbaycanlı kişi evində qaldığı keçmiş sevgilisini döydü
17 noyabr 2022 17:50 (UTC +04:00)

Azərbaycanlı kişi evində qaldığı keçmiş sevgilisini döydü

Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı kişi qadına qarşı quldurluq edib.

Lent.az yerli mediaya istinadən bildirir ki, azərbaycanlı kişi bir həftəyə yaxın qadın və azyaşlı qızı ilə yaşayıb. O, həmin qadının mənzilindən köçsə də, daim onu izləyib. Zəng edərək, görüşə çağırıb. Görüşərkən kafenin yaxınlığında qadının başına vurub və telefonunu əlindən alıb.

Bundan sonra zərərçəkmiş qadın keçmiş sevgilisindən qorunmaq üçün dostlarından evini mühafizə etməyi istəyib.

Buna baxmayaraq, kişi bu dəfə bıçaqla yenidən sevgilisinə hücum edib. Zərbənin gücündən bıçaq qırılıb. Bunu görən azərbaycanlı onun başına bir neçə zərbə endirib. Şahidlər polis və təcili yardım çağırıb. Bir neçə saatdan sonra cinayətkar saxlanılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8,5 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbs edilib.
 

# 2388
avatar

Oxşar yazılar