Azərbaycanda yaşlı qadını öldürən qardaşlar tutuldu
09 mart 2021 16:17 (UTC +04:00)

Azərbaycanda yaşlı qadını öldürən qardaşlar tutuldu

Bu il fevralın 5-də saat 13 radələrində Şirvan şəhər Prokurorluğuna Naxçıvan küçəsində yaşayan 52 yaşlı Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin yapışqan lentlə (skoç) bağlı vəziyyətdə meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.  

Şirvan şəhər Prokurorluğundan Lent.az-a bildirilib ki,, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertiza  təyin edilib və digər zəruri təxirəsalınmaz  istintaq hərəkətləri yerinə yetirilib.

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə ağır cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 33 yaşlı Əhədov Elçin Ötərxan oğlu fevralın 25-də, qardaşı, 36 yaşlı Əhədov Arif Ötərxan oğlu isə bir gün sonra tutularaq istintaqa cəlb edilib.

İstintaqla həmin cinayətin törədilməsinə hazırlıqda iştirak etməsinə və sonradan xüsusilə ağır cinayəti bilib bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şirvan sakini, 28 yaşlı Seyfullayev Surxay Elman oğlu da tutularaq istintaqa cəlb olunub.

Elçin Əhədovun yaşadığı ünvana axtarış-istintaq hərəkəti həyata keçirilərkən evdən yapışqanlı lent (skoç), Durna Dadaşovanın mənzilində olan müşahidə kamerasının yaddaş aparatı (DVR) və digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Elçin Əhədov, qardaşı Arif Əhədov və Surxay Seyfullayev fakt üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

# 1704
avatar

Mehman Nəbiyev

Oxşar yazılar