Şabranda yaxın qohumlar narkotik dövriyyəsinə görə saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar.
Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.