Azərbaycanda məsciddə QAN DÜŞDÜ:  axund bıçaqlandı
29 sentyabr 2022 12:30 (UTC +04:00)

Azərbaycanda məsciddə QAN DÜŞDÜ: axund bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Lüvəsər kənd məscidinin həyətində baş verib. Məscidin axundu 37 yaşlı Əliyev Taleh Elman oğlu səhər saatlarında həmin kənd sakini Çingiz Əlizadə tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-a deyib ki, hadisə şəxsi münasibətlər zəminində olan mübahisə nəticəsində baş verib:

“Faktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Lənkəran rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6753
avatar

Oxşar yazılar