Bərdədə kənd sakini güllələnib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsinə dekabrın 11-də Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
C.Məmmədov könüllü olaraq rayon Polis Şöbəsinə gələrək, hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil verib.
Faktla bağlı araşdırma aparılır.