Abşeronda qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə bu gün günorta saatlarında Xırdalan şəhərində baş verib. Şəhər sakini S.Nuriyev aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Ə.Nuriyevanı bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
S.Nuriyev hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində Abşeron rayon Polis İdarəsinin əməkdaşları zəruri istintaq-əməliyyat tədbirləri keçirir.
Məlumata görə, cütlük boşanma ərəfəsində imiş.