Azərbaycanda ər arvadını balta ilə  doğradı  - YENİLƏNİB
15 noyabr 2022 10:35 (UTC +04:00)

Azərbaycanda ər arvadını balta ilə doğradı - YENİLƏNİB

Cəlilabadda arvadını baltalayan kişi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, hadisəni törədən Ş. Bayramov şübhəli şəxs qismində tutulub:

"Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Ş.Bayramov şübhəli şəxs qismində tutulub. Zəruri istintaq hərəkətləri davam etdirilir".

***
Saat: 09:41

Cəlilabadda ər 21 yaşlı arvadını balta ilə doğrayıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yusublu kəndində baş verib.

Belə ki, kənd sakini Şəhriyar Bəxtiyar oğlu Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı 21 yaşlı Səbinə Nurəddin qızı Abbasovaya aralarında yaranan mübahisə zamanı balta ilə ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi açılıb.

# 8211
avatar

Arzu Qurbanlı

Oxşar yazılar