Azərbaycanda DƏHŞƏT:  ər hamilə arvadını öldürdü, 7 yaşlı qızını isə... - YENİLƏNİB
25 oktyabr 2022 11:30 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: ər hamilə arvadını öldürdü, 7 yaşlı qızını isə... - YENİLƏNİB

Abşeronda hamilə arvadını öldürən kişi 7 yaşlı qızını da ağır yaralayıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, atasının dəmir parçası ilə endirdiyi zərbələrdən ağır xəsarətlər alan 7 yaşlı Gülər xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir. 

***

22 oktyabr, saat 11:00

Abşeronda daha bir qətl hadisəsi olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 22-i saat 1 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 27 yaşlı Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 28 yaşlı Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 7 yaşlı qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

# 11310
avatar

Oxşar yazılar